ABŞ-da məktəblilər barədə qanun qəbul olunacaq

ABŞ-da məktəblilər barədə qanun qəbul olunacaq backend

Qaziler.az Rabitə və Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, ABŞ Konqresi məktəblilər barədə məlumatların təhlükəsizliyinə və onların valideynlərinin hüquqlarına dair qanun layihəsini müzakirə edir.

Sənəd tədris məlumatının toplanılması, saxlanılması və emalını tənzimləyir. Qanun layihəsinə görə, maarifləndirici şirkətlər məlumatlardan reklam üçün istifadə edə, onları üçüncü şəxsə sata, eləcə də informasiyanın toplama və emalı qaydasını gizlədə bilməzlər. Layihə artıq ABŞ Müəllimlər Federasiyası, “Common Sense Media”, “National PTA” və onlarla digər valideyn və peşə təşkilatı tərəfindən dəstək qazanıb.

Qanun məktəblilər barədə məlumatlardan sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, mövcud “FERPA” və “COPPA” qanunları mobil telefonlar icad edilməmişdən əvvəl qəbul edilib və bu baxımdan mühafizəni yüksək səviyyədə təmin etmir. Qanun layihəsinin müəllifləri valideynlərə uşaqları barədə məlumatları təhsil məqsədindən kənar istifadəsini tənzimləmək, düzəlişlər etmək və ya bəzi informasiyaya girişi bağlamaq hüququ verir, - "IT Expert” yazır.
Diaspora