Rus alimləri avtomobil istehsalında dünyada bir ilkə imza atıblar. Nijni-Novqorodda mütəxəssislər fiziki əngəlli şəxslər üçün yalnız düşüncə ilə idarə olunacaq, elektrik sayəsində hərəkət edəcək avtomobillərin ilk sınağını keçiriblər.
Moderator.az xəbər verir ki, bu maşınların əsas özəlliyi beyin siqnallarını oxuyub, qəbul edib və daha sonra bu siqnalları hərəkət mexanizminə çevirə biləcək bir nəzarət sistemidir.Nijni-Novqorod Dövlət Universitetinin professoru Vasili Mironov “Rosisskaya qazeta”ya verdiyi açıqlamasında bu maşınlardankı nəzarət sisteminin insan beynindəki fərqli əmrləri oxuya biləcək gücdə olduğunu bildirib. Əgər rus alimlərinin bu istehsalı uğurla sınaqdan keçirilsə, bu, artıq dünyada bir ilk olacaq. Belə ki, bundan sonra hətta iflic xəstələri də, hərəkət etmək imkanından məhrum olan əngəllilər də düşüncə sayəsində avtomobil idarə edə biləcəklər.