Uzun və vaxtalıcı araşdırmalardan sonra 2014-cü ildə Londonda kifayət qədər ironiyalı adı olan: "Diktatorların şam yeməyi: ən böyük tiranların zövqü ilə bağlı məlumat kitabçası" işıq üzü gördü.
Kitab müəllifləri ən qəddar tarixi personajların ağız dadlarını öyrənməyə çalışaraq bu sirri oxuculara aça biliblər.Məşhur diktatorlar şam yeməyində nə yeyirdilər?
1. Benito Mussolini
Diktator şam yeməyində hər şeydən çox xırdalanmış sarımsaq, bitki yağı və limon şirəsi əlavə edilmiş salat yeməyi sevib. Bir dəfə onun həyat yoldaşı etiraf edib ki, belə ağır şam yeməyindən sonra o, əri ilə bir yataqda yata bilmədiyinə görə dəfələrlə uşaqlarla yatmağa bəhanə tapıb.
2. Adolf Hitler
Hamıya məlumdur ki, fürerin zövqü öz orijinallığı ilə həmişə fərqlənib, lakin bu yemək təəccübləndirməyə bilmir. Adolf körpə göyərçin, qiymələnmiş dil, toyuq ciyəri və püstədən hazırlanan yeməyi çox sevib.
Hitler yaxşı maneraları ilə də seçilmirdi. O, stol arxasında sistematik olaraq dırnağını yeyir və şəhadət barmağı ilə burnunu silirmiş. Adolf şirniyyatsız da keçinə bilmirdi. Bu sahədə onun əvəzedilməz "favorit"i pirojnalar olub.
3. Kim Çen İr
Bu Şimali Koreya siyasi xadimi akula üzgəclərindən hazırlanmış şorbalar aludəçisi olub. Lakin bu, hamısı deyil. O, tez-tez posintxan (itdən hazırlanmış şorba) yeyirmiş. Ölkə başçısı bu seçimini onunla əlaqələndirirmiş ki, həmin şorba kişi gücünü artırır.
Kim Çen İr əsl qurman olub, buna görə də onun aşpazı bütün dünyanı dolaşmalı və diktator üçün müxtəlif ölkələrin ləziz yeməklərinin reseptlərini gətirməli idi.
4. Muəmmər Qəddafi
Dünyaca məşhur liviyalı başçı kuckusu, dəvə ətini və südü sevərmiş.
5. Fidel Kastro
Kubalı diktatorun kulinariyadan yaxşı başı çıxırmış və onun hər yemək haqqında öz fikri varmış. Uzun müddət onun məşuqəsi olmuş kubalı inqilabçı Seliya Sançes deyirmış ki, Kuba liderinin ən çox sevdiyi yemək tısbağa şorbası idi.
6. İosif Stalin
"Xalqlar atası"nın ağız ləzzəti haqqında Vladimir Putinin babası Spiridon İvanoviç Putin danışıb. Axı məşhur diktator üçün yeməkləri o hazırlayıb. Sən demə, Stalin uzun sürən, səs-küylü, yeməklə dolub-daşan süfrə arxasında oturmağı sevirmiş.
Diktator Qafqaz və gürcü mətbəxinə üstünlük verirmiş. O, özündən xüsusi yeməklər ixtira etməyi sevər və tez-tez kabab və şərabdan istifadə edərmiş.
7. Səddam Hüseyn
Məşhur iraqlı lider mazqufu (açıq odda hazırlanmış çay balığı) bəh-bəhlə yeyərmiş. Həftədə ən azı iki dəfə Bağdad restoranlarından birinə bu yeməyi sifariş edərmiş. Yeməyi dövlət başçısının mühafizəçiləri restorandan götürürmüş.
Bir dəfə Səddam Hüseyn Fransa prezidenti Jak Şirakı bu yeməyə qonaq edir. Mazquf prezidentin o qədər xoşuna gəlir ki, iraqlı həmkarı balığın bir neçə tkəsini ona hədiyyə etməyi qərara alır.
Qaziler.az