Rusiyalı mərhum milyonçu Boris Berezovskinin Londonun yaxınlığındakı qəbiristanlıqda yerləşən məzarı baxımsızlığı ilə görənləri dəhşətə gətirib.
Virtualaz.org xəbər verir ki, qəbrin şəklini özünün “İnstagram” səhifəsində məşhur jurnalist Aleksey Venediktov paylaşıb. “Ölümündən 4 il sonra Boris Berezovskinin qəbri bu vəziyyətdədir”, - “Exo Moskvı” radiosunun baş redaktoru yazıb.Xatırladaq ki, Berezovski 2000-ci ildə Rusiyadan İngiltərəyə mühacirət edib. O, 2013-cü ilin mart ayının 23-də evinin hamam otağında ölü tapılıb. 67 yaşlı intihar etmiş iş adamı həmin vaxt 800 milyon dollara sahib idi.