İnsanlar niyə dalaşanda qışqırır, sevəndə isə pıçılıtı ilə danışırlar? - PRİTÇA

İnsanlar niyə dalaşanda qışqırır, sevəndə isə pıçılıtı ilə danışırlar? - PRİTÇA backend

Bir dəfə müəllim şagirdlərindən soruşur:

- İnsanlar dalaşanda niyə qışqırırlar?

- Ona görə ki, rahatlıqlarını ititrirlər, - deyə biri cavab verir.

- Əgər digər şəxs sənin yanındadırsa qışqırmaq nəyə lazımdır? - Müəllim soruşur. - Sakit danışmaq olmazmı? Əgər hirslisənsə vacibdir ki, qışqırırsan?

Şagirdlər öz cavablarını verirlər, lakin onlardan heç biri müəllimi qane etmir, sonda özü sualın cavabını izah edir:

- İnsanlar bir-birindən razı qalmayanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır, aradakı bu məsafəni ört-basdır etmək, bir-birini eşitmək üçün qışqırmaq lazım gəlir. Nə qədər çox hirslənirlərsə o qədər ucadan qışqırırlar.

- Bəs insanlar sevəndə nə baş verir? Onlar qışqırmır, əksinə, astadan danışırlar. Çünki onların ürəkləri çox yaxınlaşır və onlar arasındakı məsafə tamamilə qısalır. Daha böyük sevgi yaşananda nə baş verir? - müəllim sözünə davam edir, - danışmırlar, sadəcə pıçıldayırlar və beləliklə, öz sevgilərinə daha da yaxınlaşmış olurlar.

Sonda onlara heç pıçıldamaq da lazım gəlmir. Sevənlər yalnız baxaraq sözsüz də bir-birini anlayırlar.

Beləliklə, bir-birinizlə mübahisə edərkən ürəklərinizin uzaqlaşmasına imkan verməyin və sizi incidəcək sözlər işlətməklə aranızdakı məsafəni böyütməyin. Çünki elə gün gələr, o məsafə o qədər böyüyə bilər ki, siz geriyə yol tapa bilməzsiniz.

Qaziler.az
Diaspora