Sevgilisindən ayrılan 14 yaşlı qız özünü 33-cü mərtəbədən atdı

Sevgilisindən ayrılan 14 yaşlı qız özünü 33-cü mərtəbədən atdı backend

Çinin cənubunda yerləşən Quançjou vilayətində 14 yaşlı qız özünü 33-cü mərtəbədən atıb.

Virtualaz.org “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sevgilisindən ayrılandan sonra depressiyaya düşmüş qız özünü atmaq üçün göydələnin 33-cü mərtəbəsindəki açıq əraziyə çıxıb. Rəfiqəsinin və təhlükəsizlik xidmətinin əməkdaşlarının dilə tutaraq bu fikirdən yayındırmağa çalışmasına baxmayaraq, təxminən 1 saatdan sonra yeniyetmə qız özünü aşağı atıb.

Xoşbəxtlikdən o, həmin vaxta qədər xilasedicilərin açmağa imkan tapdığı hava yastığının üstünə düşüb. Çanaq sümüyünün sınığı ilə intihar etmək istəyən qız xəstəxanaya çatdırılıb.