Misir piramidalarının sirri tapıldı — 170 min ton qaya süni kanalla gətirilib...

Misir piramidalarının sirri tapıldı — 170 min ton qaya süni kanalla gətirilib... backend

Misir piramidaları ilə bağlı çoxsaylı suallardan birinə cavab tapılıb.

QAZİLER.AZ saytı "Ölkə.Az"-a istinadən xəbər verir ki, piramidaları inşa etmək üçün 170 min ton qaya süni kanal vasitəsilə gətirilib. Qayaları insanın açdığı süni kanallarla qayıq vasitəsilə daşıyıblar.

Bu günə qədər alimlər piramidaları inşa etmək üçün qayaların necə gətirilməsi ilə bağlı müxtəlif versiyalar səsləndiriblər. Məlum olub ki, 170 min ton qaya Nil çayında salınan süni kanal vasitəsilə daşınıb. Bu barədə məlumat qədim dövrə aid gündəliklər vasitəsilə ortaya çıxıb.

3 min il əvvələ aid gündəliyə əsasən 2.5 tonluq kirəc daşı və qranit bloklar Nil çayı vasitəsilə taxta qayıqlarla piramidanın (söhbət məşhur Xeops ehramından gedir-red.) inşa edildiyi əraziyə daşınıb. Qayıqlar iplə bir-birinə bağlanıb. Qədim Misirin mühəndisləri isə Nilin sahilindəki bir limandan piramidanın inşa edildiyi Gizzaya kanal açıblar.

Nəhəng daş bloklar bu kanal vasitəsilə 800 km-lik məsafədən əraziyə daşınıb. Bu iş üçün minlərlə insan cəlb edilib. Ümumilikdə əraziyə 170 min ton daş daşınıb. Arxeoloq Mark Lehner isə sözügedən kanalın layihəsini də tapdıqlarını qeyd edib.
Diaspora