Dünyanın ən böyük təyyarəsi sayəsində artıq raketlər kosmosa yerdən deyil, havadan göndəriləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hava limanlarında heç vaxt rast gəlmədiyimiz qeyri-adi nəhəng təyyarə üç raketi eyni vaxtda daşıya biləcək.Təyyarə il ərzində 6-10 dəfə uçuş edəcək və kosmosa göndəriləcək raketləri təxminən 11 min metrə qədər yüksəyə qaldıracaq. 650 ton yük daşımaq gücü olan təyyarənin ilk uçuşunun 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulur.