İnsan bu ağıllı və uzaqgörən quşdan işıqlı gələcək üçün keçmişin ağır yükündən xilas olmaq qabiliyyətini öyrənə bilər.
Qartallar 40 yaşına çatanda onun caynaqları həddən artıq uzun və əyilmiş olur. Bu isə yırtıcıya ovunu tutmağa mane olur. Onun dimdiyi də həddən artıq uzanır və əyilir ki, bu da yeməyə imkan vermir. Həmin dövrdə qartalların sinəsindəki və qanadlarındakı tüklər, lələklər də qalınlaşır və ağırlaşır, bu isə uçmağa mane olur. Beləliklə, qartal seçim qarşısında qalır:ölüm və ya ağrılı regenerasiya...O, dağın başındakı yuvasına uçur və orada uzun müddət dimdiyi qırılana qədər onu qayaya vurur. Sonra qartal yeni dimdiyin böyüməsini gözləyir və yaranmış dimdiklə öz caynaqlarını qoparır. Yeni dırnaqlar əmələ gələndən sonra isə heyvan onunla sinəsində, qanadlarında olan ağırlıqdan - sıxlaşmış lələklərdən xilas olur. Bundan sonra, yəni 5 aylıq ağrı və əzablardan qurtulan qartal yeni dimdik, caynaq və lələklərlə yenidən dirçəlir və bundan sonra hələ 30 il də yaşaya bilir...
Qaziler.az