Bizə elə gəlir ki, ən yaxşı restoran yeməyi bol çeşidli və ucuz olan restorandır. Hesabda sənə kələk gəlməyən, aldatmağa çalışmayan, təmiz yeməkləri olan restoranlar.
Əslində isə dünya insanı üçün bu, keçərli parametr deyil. Yəni, onlar restorana təkcə yemək üçün getmirlər. Bunun içində hər şey var.YEMƏK BƏHANƏ, GEYİMLƏR ŞAHANƏ...
Çindəki bir restoran həyata keçirdiyi promoşn tədbirlə qadın müştərilərin qapının ağzında sıraya düzülməsinə səbəb olub. Jinan şəhərindəki bu restoran müştərilərinin mini yubkasının uzunluğuna görə endirim edir. Restorana gələn qadın müştərilərin yubka uzunluğu ölçülür, ona görə endirimin məbləği müəyyənləşdirilir. Dizin 8 santimetr üstündə yubka geyinənlər 20 faiz endirim alırlar. Dizinin 33 santimetr üstündə yubka geyinən qadınlar isə az qala havayı yeyib içə bilir, çünki bu halda endirim faizi 90 faizdir.
Başqasının Hesabını Ödə Kafe: Bu da ilginc konsept sayılır. Belə ki, bu kafenin başqa adı da “Bir Yaxşılıq et kafe” adlanır. Cənubi Karolinadakı bu kafedə adından da başa düşdüyünüz kimi hər hansı başqa birinin hesabını ödəməsi üzərinəqurulu bir sistem var. Əlbəttə pulunuz varsa... Əgər yoxdursa o zaman başqa biri sizə yaxşılıq edir, hesabınızı ödəyir. Açılandan sonra bir anda 12 min nəfərin ziyarət etdiyi “Yaxşılıq et kafe” irəliləyən müddətdə zaman-zaman izdihamlar da yaşayıb. Ardınca isə bu konseptdə olan kafelər dünyanın bir çox bölgələrində fəaliyyət göstərməyə davam edib. Ona görə də çox diqqət çəkməyib.
AyaqlarlaKafe: Şilidə açılan bu kafedə ofisiant qadınlar cəlbedici qiyafələr geyinməklə müştəri axınına səbəb olurlar. Daha doğrusu, onların bir qayda olaraq geyindiyi super mini yubkalar və hündürdaban ayaqqabılar olduqca cəlbedici görünür. Bura gələnlər isə bir qayda olaraq varlı iş adamlardır. Sözügedən kafedə ancaq kofe servisi edilir. Santieqoda fəaliyyət göstərən bu kafe olduqca populyardır.
BU RESTORANA ANCAQ VERTOLYOTLA GETMƏK OLAR
Fransa Alplarında yerləşən Avropanın ən yüksək dağı Aiguille Du Midi dağının zirvəsində yerləşən restoran gündə yalnız 2 saat açıq olur. 3842 metr hündürlüyündə yerləşən restorana girmək üçün dırmanmalısınız və ya vertolyotla oraya getməyiniz lazımdır. Ancaq həyatınız boyu az görəcəyiniz buludların üstündə bir mənzərə altında yemək üçün buna dəyər.
MÜŞTƏRİNİN ÖNÜNDƏ DİZ ÇÖKƏN, QAŞIQLA KOFE İÇİRƏN OFİSİANTLAR
Qadın Xidmətçi Kafe:
Kişilərə yönəlik bir kafenin konsepti isə əsasən xidmətçi qiyafəsi geyinən qarsonlardan ibarətdir. Yaponiyada olduqca populyar olan bu kafenin yaranma tarixi 2001-ci ildir. Tokio Akihabarada fəaliyyətə başlayan qadın xidmətçisi kafesinin daha sonra Çin, Cənubi Koreya, Tayvand, Avstraliya, Macarıstan, Çexiya Cümhuriyyəti, Fransa, Meksika, Kanada və ABŞ-da da filialları açılıb. Bu kafenin konseptinə bağlı olaraq servis edilərkən tətbiq olunan bəzi rituallar da var. Məsələn, qarsonlar kofe, krem və ya şəkər servisi edərkən müştərilərin önündə diz çökürlər. Hətta bəzi özəl müştərilərə - xüsusən də bahalı bir kofeni sifariş etmiş olankara qarsonlar kofesini qaşıqla belə içirə bilir. Boyun, kürək, çiyin masajı isə ekstra məbləğə daxildir. Müştərilərin qarsonlarla kart və ya video oyunu oynaması üçün də əlavə pul ödəməsi lazımdır.
QORXMAYIN, BU RESTORANDA ZƏLZƏLƏ OLACAQ
Normal şərtlər daxilində 7.8 bal gücündə bir zəlzələ yemək yediyiniz vaxt baş tutsa, çoxunuz yeməyi-filanı atıb, canını qurtararaq sürətlə hərəkətə keçəcək, buna şübhə yoxdur. Amma İspaniyada Lloret de Marda yerləşən Fəlakət Kafedə bu şiddətdəki zəlzələni daim yaşaya bilərsiniz. Çünki kafenin konsepsiyası bundan ibarətdir. Belə ki, burada ideya zəlzələ baş verərkən yeməyinizi yemək üzərinə qurulub. Tək görəcəyiniz iş isə yemək yediyiniz zaman müvazinəti saxlamaq və içkinizin dağılmaması üçün dua etməkdir Maraqlıdır ki, kafenin girişində də içəridə nələr olacağı barədə hər hansı xəbərdarlıq yoxdur. Bir liftlə gedilən restoranın içi isə mağaraya bənzəyir. Amma içəri girdiyiniz zaman qarsonların geyindiyi inşaat kepkalarını görəndə bir azdan nələr ola biləcəyi ilə bağlı fikriniz də yaranır. Bundan başqa, sifarişinizi içinə qoyduqları boşqabların güllə kimi olması da bir işarətdir. Onsuz da yeməyə başladığınız zaman olan olur. 7.8 bal gücündə bir zəlzələ, yanıb-sönən işıqlar, qışqıran qadın qarsonlar, restoranda ordan-ora sürüşən masalar, stullar... Və həmin vaxt görürsünüz ki, boşqablarınız masaya bərkidilib. Zəlzələ effektini verən xüsusi aparat isə restoranın aşağısında qurulub.
ABŞ-ın Nyu York şəhərində gurultulu yerlərdə yemək yeməkdən nifrət edənlər üçün “səssiz restoran” açılıb. Brukliyndəki "Eat" adlı restoranda axşam yeməyi yeyən zaman danışmaq qadağandır. Yeməyə başlamadan öncə menyunu seçirsiniz. Allergiyanız varsa, əvvəlcədən deyirsiniz və yemək müddətində də heç danışmırsınız. Kimsə danışırsa, susmadan dayana bilmirsə, onu dərhal restorandan çıxarırlar. Aşbaz Nikolas Nauman bildirib ki, buddistlərin arasında yaşadığı zaman səssiz səhər yeməklərindən çox təsirlənib və bunu axşam yeməklərində tətbiq edib: “İş gününün ağırlığından yorulanlar üçün bu, ideal məkan oldu. Onlar sakitliyi sevirlər və restoranda tam səssizlik hökm sürür”.
Daha bir əcaib restoran isə "-s Baggers" adlanır və onun əcaibliyi də içində qarsonların olmaması ilə bağlıdır. Retoranın ən böyük özəlliyi tamamən avtomatik olmasıdır. Sifarişlər elektronik aurada alınır. Yuxarıda aşbazlar tərəfindən hazırlanan sifarişlər sürüşmə mexanizmi ilə aşağıdakı masalara servis edilir.
Musavat.com