Ağ Evdə çalışan, əzminə prezidentin heyran qaldığı 11 yaşlı bağban

Ağ Evdə çalışan, əzminə prezidentin heyran qaldığı 11 yaşlı bağban backend

ABŞ prezidenti Donald Tramp Ağ Evin bağçasında çalışan 11 yaşlı bağbanla söhbət edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Nyu Cersi ştatına səfəri öncəsi bağçada çalışan balaca bağbanı görən prezident onun əzminə heyran olub.

Tramp həmin vaxt otçalan maşınla çalışan bağbanla bir qədər söhbət edib.

Kameralara düşən görüntülərdə Tramp gənc bağbana işarə edərək: "Bax, ölkənin gələcəyi buradadır, çox şanslıyıq" - deyərək 11 yaşlı oğlanın əzminə heyran olduğunu bildirdi.

Tramp balaca bağbandan böyüyəndə kim olacağını da soruşub. Adı Frank olan oğlan: "Böyüyəndə dəniz desantı olacağam" - deyib.

Diaspora