Dövlət başçıları gün ərzində nə qədər yatırlar - MARAQLI

Dövlət başçıları gün ərzində nə qədər yatırlar - MARAQLI backend

18-64 yaş aralığında olan insanlar üçün normal yuxu müddəti 7-9 saatdır. Lakin bu yaş aralığında olan əksər insanlar həmin normanı həm o tərəfdən, həm də bu tərəfdən pozurlar. Yəni ya 7 saatdan az, ya da 9 saatdan çox yatırlar. Hər iki hal rejimin pozulması deməkdir.


Lakin dünyanın bir çox tanınmış elm, mədəniyyət və ictimai xadimləri var ki, onlar üçün yuxu rejimi deyilən bir anlayış olmayıb. Dahi rəssam, ixtiraçı Da Vinçi sutkanın cəmi 3 saatdan da az hissəsini yatırmış.

Modern.az dünyanın bir çox tanınmış şəxslərinin qeyri-adi yuxu normalarını təqdim edir. Onların arasında dövlət başçıları da var:

ABŞ prezidenti Donald Tramp yazılanlara görə, gün ərzində cəmi 4 saat yatır. Ümumi götürsək, bir neçə gün ərzində cəmi 4 saat yuxu yatılsa, bu, insanda çox güclü gərginlik və sinir pozuntusu yarada bilər. Lakin bir tərəfdən böyük biznes, digər tərəfdən isə dövlət işlərinin çoxluğunu nəzərə alsaq, Tramp barəsində səslənən bu fakta inanmaq olar;

Trampın sələfi Barak Obama isə prezindent olduğu zaman sutkanın cəmi 6 saatını yatırdı. İndi yəqin, istirahət və yuxusuna heç korluq verməz;
İtaliyanın sabiq baş naziri Silviyo Berliskoni də deyilənlərə görə, dünya siyasətinin əsas simalarından birinə çevrildiyi zamanda gün ərzində cəmi 4 saat yatırmış;

“Dəmir Ledi” kimi tanınan, bir zamanlar dünya siyasətinin əsas fiqurlarından olan Marqarita Tetçer də sutkanın cəmi 4 saatını yuxuya həsr edərmiş. Hər halda, görünür, bu 4 saatlıq yuxu norması siyasi xadimlərə çox sərf edirmiş;

Yuxu norması haqqında ən möcüzəvi iddia isə böyük alim, fizikanın yönünü dəyişən ixtiraçı Nikola Teslaya aiddir. İnandırıcı görünməsə də, onun gün ərzində cəmi 2 saat yuxuya getdiyi deyilirdi;

Dünyanın ən zəngin adamı Bill Qeyts gün ərzində 8 saat yuxulayır. Hər halda, bu, onun üçün problem sayılmamalıdır. Çünki Bill Qeys yatanda da pul qazanır.

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun 5-5,5 saat yatdığı yazılır;

Dünyanın ən böyük alimləri Tomas EdissonQraham Bell günün ən azı 4, ən çox isə 6 saatını yuxuya ayırırdılar;

Tanınmış modelyer və rejissor Tom Ford deyilənlərə görə, günün cəmi 3 saatını yatır;

Nüfuzlu Apple korporasiyasının rəhbəri Tim Kuk dün ərzində 4,5 saat yuxuya vaxt xərcləyir;

Məşhur PepsiCo şirkətinin rəhbəri hind qadını İndra Nooyi gün ərzində cəmi 4 saat yatır. Görünür, bu 4 saatlıq yuxu rejimində həqiqətən də uğurun sirri var.
Diaspora