32 yaşlı Daniella Treşer dörd uşaq dünyaya gətirib.
Bu isə heç onun yatıb yuxusuna belə girməyib ki, o, nə vaxtsa dörd uşaq dünyaya gətirə bilər. Birinci dəfə həkim müayinəsindən keçən qadıına əkiz uşaqlarının olacağı bildiriləndə o, həyat yoldaşı Djozefə iki uşağa necə baxacaqlarını sual verib. Həyat yoldaşı isə hər şeyin yaxşı olacağını deyərək həyat yoldaşına pozitiv cavab verib.
Sonradan müayinə olanan qadına həkimlər üçəm uşaqlarının olacağını deyiblər. Hamiləliyinin on üçüncü həftəsində yenidən müayinə olanan qadının dörd uşaq dünyaya gətirəcəyi məlum olub. Bu müayinədən sonra uşaqların atası belə deyib: “Əgər Allah istəyibsə ki, bizim dörd uşağımız olmalıdı, bu da olacaq”. Keysəriyyə əməliyyatı ilə uşaqlar dünyaya gətirilib və onların vəziyyəti yaxşıdır.
Moderator.az xoşbəxt ailənin fotolarını təqdim edir.