İngiltərənin Yorkşir bölgəsində baş verən qəribə hadisə izləyənləri şok edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, insanlarla danışan qarğa turistlərlə salamlaşıb.İngiltərənin Yorkşir rayonunda tarixi qala divarlarında maraqlı bir görüntü qeydə alınıb. Qala divarlarında olan qarğalardan biri oradakı turistlərə "salam" verib.
Təəccüb içərisində olan turistlər heyvanlarla danışmağa çalışıblar. Bir müddətdən sonra "salam" deyərək davam edən qarğa, "what the matter?" (problem nədir?) söyləyib.
Bundan sonra bir qədər də çaşqınlıq yaşayan turistlər qarğanın: "what are you looking for?" (nə axtarırsan?) sualına lap məəttəl qalıblar.