Amerika yazıçısı Mark Tvenin ferması satışa çıxarılıb.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə fermaya 1.85 milyon dollar qiymət təyin edilib.
1860-cı ildə tikilmiş ferma yazıçının kiçik qızı Ceynin şərəfinə “Ceynin ferması” adlandırılıb. O, Konnektikut ştatında Mark Tvenin 1908-1910-cu illərdə yaşadığı Stromfield fermasının yanında yerləşir.
Ferma təmir olunsa da bəzi əlamətləri ilkin formasında saxlanılıb.Orda beş yataq otağı, dörd vanna otağı, kinoteatr və duzlu suyla dlu hovuz var.