İstirahət üçün ən çox turistlərin müraciət etdiyi ölkələrin siyahısına əsasən, həmin ölkələrdə ofisianta nə qədər bəxşiş verildiyini təqdim edəcəyik. Bu məlumata əsasən, siz də artıq istirahətə yollanan zaman ofisianta nə qədər bəxşiş verməli olduğunuzu biləcəksiniz.
1. YunanıstanBu ölkədə olan restoranlarda adət edilib ki, ümumi məbləğin 5-10%-ni bəxşiş verəsiniz. Eyni zamanda, burada əlavə olaraq hər bir insan sayına görə 1 avro da ödənilir. Bu qiymət menyuya əlavə edilir.
2. Hindistan
Hindistan restoranlarında siz bir az çətinliklə qarşılaşa bilərsiniz. Çünki burada bəxşişin verilməsi sizin sonda ödəyəcəyiniz məbləğə əsasən dəyişir. Amma ümumi hesabla desək, burada bəxşiş qidalanmanızın 7%-i dəyərində olur.
3. Yaponiya
Yaponiyada ofisiantlara bəxşiş vermək lazım deyil. Burada xidmət o qədər yüksək səviyyədədir ki, onlara təqdim olunan bəxşişlə onları təhqir etmiş ola bilərsiniz. Əgər bu ölkədə bəxşiş vermək istəsəniz və ofisiant bunu qəbul etməsə, onda inciməyin. Sadəcə, onların daxili qaydaları budur.
4. Çin
Çində də restoranlarda bəxşiş verilməsi adəti yoxdur. Burada bəxşiş sürücülərə, mehmanxana işçilərinə verilir. O da minnətdarlıq anlamında.
5. Kanada
Kanadada bəxşiş verilməsi mütləqdir. Burada restoranlarda son məbləğin 15-20%-i dəyərində bəxşiş verilməsi məqsədəuyğundur.
6. Böyük Britaniya
Böyük Britaniyada 10-15% bəxşiş verilməsi nəzərdə tutulub. Lakin bu ölkədə, adətən, bəxşişin məbləği hesaba əlavə edilir. Yəni əlavə ödənişə ehtiyac yoxdur.
7. Fransa
Fransada ofisianta verilən bəxşiş hesabın 10%-ni təşkil edir.
8. Niderland
Bu ölkədə ofisianta bəxşiş verilməsi çox aşağı məbləğdə olur. Çünki bu ölkədə onların aldığı əməkhaqqı çox yüksəkdir.
9. Türkiyə
Türkiyə də turistlərin məkanı sayılır. Burada bəxşiş vermə məsələsi fərqlidir. Adətən, 10-15% təşkil edir. Amma bu ölkədə bəxşişi plastik karta təqdim etmək olmaz. Mütləq nəğd şəkildə olmalıdır.
10. İtaliya
İtaliyada bəxşiş verilməsi könüllüdür. İstədiyiniz məbləğdə bəxşiş verə bilərsiniz. İstəməsəniz, heç təqdim etməyə də bilərsiniz. Bəzi restoranlarda isə bəxşiş əlavə olaraq hesaba daxil edilir.