Yaponiyada bankların birində insanabənzər robotlar işləməyə başlayacaq. QAZİLƏR.AZ saytı Trend-ə istinadla xəbər verir ki, Fransanın "Aldebaran Robotics S" şirkətinin hazırldağı NAO androidlərinin üç barmağı var.
Onların hündürlüyü 58 santimetr, çəkisi isə 5,4 kiloqramdır. Robotlar bankın müştərilərinin suallarını cavablandıracaq, 19 dildə ünsiyyət saxlayacaqlar. Androidlərin bu ilin aprelində işə çıxacağı gözlənilir.