Hər gün 500 milyondan çox planet sakini kompüter oyunu oynayır.
Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, hər gün dünyada 500 milyondan çox insan kompüter oyunları arxasında 3 milyard saat keçirir. Bu barədə “Statista” və “Raptr” şirkətlərinin məlumatında deyilir.Qeyd olunan vaxt həcminin 21,8 faizi bu ilin martında "League of Legend” oyununa sərf olunub. Birinci-dördüncü yerləri "World of Warcraft” (8,16 faiz), “Counter-Strike: Global Offensive” (5,7 faiz) və “DOTA 2” (5,68 faiz) kompüter oyunları tutub. Digər oyunların payı 3 faizdən az olub.
Tədqiqata görə, iki aparıcı şirkət - "Activision Blizzard” və “Electronic Arts” ABŞ və Avropa İttifaqı (Aİ) bazarında müvafiq olaraq 19,5 və 18,4 faizlik paya sahib olub, - “Delo” yazır.