Mobil telefon bazarının sürətlə inkişafı saxta telefon satışını da sürətlənir.
Xezerxeber.az-ın məlumatına görə, bəzən alıcılar orjinalından görünüşü ilə çox da fərlənməyən saxta telefonlarla aldadılırlar.Saxta telefonları orijinalından fərqləndirməyin sadə üsulları var. Bunun üçün bir necə nüansa fikir vermək kifayət edir.
Mütəxəsisslərin sözlərinə görə, telefonun batareyasının altında korpusa yapışdırılmış etiketdə, habelə telefonun qablaşdırıldığı qutunun üstündəki ştrix-kodun aşağısında da İMEİ nömrə qeyd olunur. Həmin kodu telefona daxil etməklə telefonun saxta və ya orjinal olduğunu öyrənmək mümkündür.
Orijinal telefonlar bütün ləvazimatı ilə birlikdə satılır. Qulaqcıqları, qoruyucu plyonkaları, USB-kabeli və digər aksessuarları üstündə verilir. Qablaşdırıldığı qutu yaraşıqlı, səliqəli və cəlbedici olur. Telefon satılarkən ən aşağısı bir illik zəmanət verilir.
Orijinal telefonların ekranı sönülü halda saxtalardan fərqli olaraq tünd qara rəngə çalır. Saxtalarda isə bu bozumtul olur. Bununla bərabər bəzi elektron saytlar var ki, ora bəzi məlumatları daxil etməklə telefonun saxta, origina, hətta oğurluq olduğunu belə bilmək olur.
Bunun üçün telefonla qutusunun üstündəki kodları yoxlamaq kifayət edir. Əgər həm telefonun arxasındakı, həm də qutudakı kodlar eynidisə, deməli bu telefon orijinaldır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: