Amerika Milli Kosmik Agentliyi (NASA) Yer kürəsinə yaxınlaşan və tarixin ən böyük asteroidi olan "Florence” asteroidinin videosunu dərc edib.
Diametri 4,4 kilometr olan "Florence” asteroidi 1 sentyabr 2017-ci il tarixdə Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq.Alimlər iddia edirlər ki, göy cisminin yaxınlaşması heç bir təhlükə yaratmır. "Florence”nin növbəti dəfə planetimizə 500 ildən tez olmayaraq yaxınlaşacağı gözlənilir.