Dünyanın ən QƏRİBƏ GƏMİSİ - FOTOLAR

Dünyanın ən QƏRİBƏ GƏMİSİ - FOTOLAR backend

“Ayrfield” Avstraliyada ən qəribə gəmidir.


Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Sidneyin qərbində Houmbuş körfəzində yerləşən gəmi meşəyə dönüb. 1911-ci ildə Böyük Britaniyada düzəldilmiş 106 yaşlı gəmi sanki gəmilər qəbiristanlığında üzən balaca yaşıl adadır.

Gəmi İkinci Dünya müharibəsi dövründə təchizatda istismar edilirdi. 1972-ci ildə “Ayrfield” Houmbuş körfəzinə gətirilir və bu gün də orda lövbərdə dayanıb. Maraqlıdır ki, körfəzdə indiyədək onlarla gəmi tufan, su axıntıları nəticəsində batıb. “Ayrfield” isə göyərtəsindəki meşə ilə birlikdə hələ də suyun üzərindədir.

Bütün dünyanın ən məşhur fotoqrafları məhz bu gəmini qürubun fonunda çəkmək üçün körfəzə toplaşırlar. Atılmış gəmi Avstraliyanın vacib turistik obyektinə çevrilib.







Diaspora