Bioəlavələr XƏRÇƏNG yaradır

Bioəlavələr XƏRÇƏNG yaradır backend

QAZİLER.AZ saytının Evronyus-a istinadla verdiyi xəbərə görə, Amerikan tətqiqatçılarının təcrübəsi göstərir ki, vitaminlərin orqanizmdə çox olması müəyyən fəsadlara gətirib çıxarır. Xərçəng xəztəliyi ilə mübarizənin mərkəzi sayılan Kolorada Universitetinin alimləri sübut ediblər ki, daha çox vitamin əlavələri qəbul edən insanların xərçəng xəstəliyinə tutulmaq riski daha çoxdur. Təcrübələrin müəllifi Tim Bayers bildirir ki, heyvanlar üzərində keçirilən təcrübə vitaminlərin heyvan orqanizmə təsirinin zəif olduğunu göstərib. Halbuki, təcrübənin insan orqanizminə təsiri isə əksini göstərib.

Tədqiqatçılar bildirir ki, təyin olunan beta-karotinin dozasının və ya A vitaminin orqanizmdə çox olması insanda ağciyər xərçənginə tutulması riskini artırır. Belə əlamətlər ürək-damar xəstəliyinə də gətirib çıxara bilər. A fol turşusu və ya B9 vitamini bağırsaqda polipin artımını əmələ gətirir.
Alimlərin fikrinə görə, D vitaminin dozadan artıq olması sinir sisteminə və böyrək daşlarının əmələ gəlməsinə, sümüklərin məhv olmasına gətirib çıxarır. Hipervitaminoz, mədə-bağırsaq traktının, qeyri-sabit ürək damar sisteminin pozğunluğuna, yorğunluq, zəiflik, başgicəllənmə, immun sisteminində dəyişikliklərə səbəb olur. Vitamin C dozada narahatlıq, qadınlarda menstrual tsiklin gecikməsinə səbəb olur. Həmçinin, hamilə qadınlara, eləcə də diabet xəstələrinə, katarakt, tromboflebit yüksək dozada askorbin turşusunun istifadəsi qadağandır - bu hipervitaminoza səbəb ola bilər.
Diaspora