Bitkilərə su yerinə süd verib möcüzənin şahidi olun

Bitkilərə su yerinə süd verib möcüzənin şahidi olun backend

Südün insan orqanizmi üçün nə dərəcədə vacibliyindən danışmaq artıq olar.


Yeddidən yetmiş yeddiyə, bu barədə hər kəs məlumatlıdır. Lakin onun bitki, gül-çiçək üçün də möcüzəvi faydasının olduğundan çoxumuz xəbərsizik.

Qaziler.az Moderator.az-a istinadən xəbər verir ki, mütəmadi hallarda bitkilərə su yerinə süd verildikdə onların ildırım sürətli inkişafının şahidi ola bilərik. Tərkibində başda kalsium olmaqla, bir çox faydalı elementi cəmləşdirən süd bitkinin tez böyüməsinə səbəb olur. Həmçinin, süd hər hansı bitkinin üzərində olan və onun inkişafının qarşısını alan gənə, bit və bir çox bitkiyeyən həşəratları məhv edir.
Südü su ilə qarşışdıraraq bitkilərin üzərində səpdikdə onların çürümə və kiflənməsinin qarşısını almaq olar. Bunun üçün iki litr südlə üç litr su qarışdırılır və on gün müddətində saxlanılır. Tərkib mütəmadi olaraq bitkilərə verildikdə onların xilaskarına çevriləcək.

Süd təbii ki, su kimi ucuz deyil. Lakin bitkilər çürüdüyü zaman onların qorumaq üçün alınan gübrə və kimyəvi dərmanlardan da ucuzdur.

Bitkilərə zərər vuran böcəkləri asanlıqla məhv edən qarışıq dirrik bitkiləri üçün də çox faydalıdır. Pomidor, xiyar tağlarını da həmin tərkiblə "suvardıqda" əldə olunan nəticə birə beş artıq olacaq.
Diaspora