İsveçrədə dünyanın ən uzun asma piyada körpüsü açılıb

İsveçrədə dünyanın ən uzun asma piyada körpüsü açılıb backend

İsveçrənin Vale kantonunda uzunluğu təqribən 500 metr olan və dünya rekordu vuran asma piyada körpüsü istifadəyə verilib.


Qaziler.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "20 Minuten" portalı yazıb.

Çarlz Kuonen adına (tikili sponsorlardan birinin şərəfinə adlandırılıb) körpü təxminən 80 metr hündürlükdə torpaq üzərində yerləşir. O, Qrehen və Sermat yaşayış məntəqələrini birləşdirir. Körpünün uzunluğu 494 metr, eni 65 santimetrdir.

Bildirilir ki, körpünün tikintisi üçün təxminən 730 min İsveçrə frankı (təqribən 750 min dollar) xərclənib. İlk piyadalar şənbə günü tikilidən istifadə edə biliblər.
Diaspora