Hitlerin valeh olduğu, bütün Reyxin dilindən düşməyən, “sovet casusu“ sayılan rus qadın

Hitlerin valeh olduğu, bütün Reyxin dilindən düşməyən, “sovet casusu“ sayılan rus qadın backend

O, rus yazıçısı Anton Pavloviç Çexovun qohumu idi. Hitler ona valeh olmuşdu, Mussolini bu aktrisanın gözəlliyinə heyran idi. Onun adı alman əsgərlərinin dilində əzbər olmuşdu. Üçüncü reyxin birmənalı fiquru sayılmayan, aktrisa Olqa Çexovanın sonrakı taleyi necə oldu?

Zınqrovlu qarışıq

O, Rusiyada anadan olmuşdu. Ailədə ən gözəl qız olan Olqa həmişə incəsənətlə maraqlanırdı. Moskva Bədii teatrına qəbul olmaq üçün xalasının yanına - Moskvaya göndəriləndə isə hədsiz dərəcədə xoşbəxt idi. Lakin Rusiya paytaxtında onu aktyorluq şöhrətindən başqa sevgi də gözləyirdi.

Olqa orada Mixail Çexova dəlicəsinə aşiq olur və düşünmədən ona ərə gedir. Yalnız iki il çəkən bu ittifaqdan Olqanın bir qızı olur.

Alman xalq artistinin...şöhrəti

Olqanın növbəti əri, hərbçi Fridrix Yaroş onu Almaniyaya aparır. İkinci Dünya Müharibəsi başlayanda onlar Hitlerin əsas qərargahının otağında yaşayırdılar. Diktator Olqadan ötrü dəli-divanə idi və ona səxavətlə çox böyük diqqət ayırırdı. Bir gün Hitler hamının gözü qarşısında onun əlindən tutaraq yan otağa keçdi.
Fürerə yaraşmayan bu hərəkətlər onun ətrafındakılarının xoşuna gəlmirdi.



Çexovanın tanışları içərisində Mussolini, Gerinq, Gebbels kimi adamlar vardı. Aktrisa onların arvadları ilə dostluq edir, onun şərəfinə zəngin qəbullar təşkil edilirdi. Hətta bir dəfə Hitler ona özünün imzalı şəklini də bağışlamışdı.

Artıq 30-cu illərdə o, alman kinomatoqrafiyasının ulduzu hesab edilirdi. Çexova alman əsgərləri qarşısında konsertlərlə çıxış edir, onlar aktrisanın şəklini özləri ilə birlikdə səngərə aparırdılar. Sonra ildırım zərbəsi kimi oldu və inanılmaz hadisələr baş verdi.


"Casus qadın"

Çexovanı sovet ordusu həbsə alır. Beriyanın və hətta Stalinin iştirakı ilə uzun-uzadı istintaq aparılır. Bundan sonra Olqa azad edilir. Lakin 1945-ci ildə məşhur alman qəzeti aktrisanı casusluqda ittiham edir. Bu ittihamda bildirilirdi ki, guya Çexova satqınlığa görə Lenin ordeni və qəsr alıb.



Alman kinosunun qapıları birdəfəlik olaraq Olqanın üzünə bağlanır. Onu hər yerdə casus hesab edirdilər. SSRİ-də də onun adı qadağan edilmişdi.

Özünün "Mənim saatlarım başqa cür gedir" kitabında aktrisa sovet kəşviyyatı ilə əlaqəsini tamamilə inkar edib. Aktrisa yazıb ki, sözügedən orden və qəsr ona deyil, bibisi Olqa Leonardovna Çexovaya verilib.

Hətta uzun illərdən sonra da alman aktrisanın sovet casusu olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb. Çünki onun taleyi sirr olaraq saxlanılıb, kimsənin onun dərinliklərini öyrənməsinə icazə verilməyib.

Arzu Səlim

Qaziler.az

Diaspora