Bir qrup britaniyalı tədqiqatçılar 1939-cu ildə dənizdə batmış, dəyəri 100 milyon dollara qədər olan xəzinə aşkara çıxarıblar.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Britaniyalı xəzinə ovçuları nasistlərə məxsus olduğu güman edilən, içərisində 4 tona yaxın qızıl olan gəmi tapıblar.
Gəmi 1939-ci ilin sentyabrında, İslandiya sahillərindən təxminən 190 kilometr məsafədə qəzaya uğrayıb. Qızılın aşkar edilmə yeri iqtisadi zonanın 200 mil həddində olduğu üçün İslandiya xəzinəyə sahib olmaq hüququna malikdir.
Britaniyadan Almaniyaya yön alan SS-Minden gəmisi Hitlerin əmri ilə 1939-ci ilin sentyabrında batırılıb. Buna səbəb, yükün Britaniya hərbçiləri tərəfindən zəbt oluması təhlükəsi idi.
İndi Britaniyanın Dəniz Xidməti İslandiya hökumətindən icazə almağa çalışır ki, gəmidə dəlik açaraq qızılı çıxarsın. İslandiya Sahil Mühafizəsi Xidməti isə, öz növbəsində, Britaniyanı İslandiya hökumətinin icazəsi olmadan axtarışla məşğul olduqları üçün ciddi ittiham edib.