Salvador Dalinin məzarı DNA testi üçün açıldı

Salvador Dalinin məzarı DNA testi üçün açıldı backend

Məşhur ispan rəssamı Salvador Dalinin qəbri açılıb.


"Ölkə.Az" xəbər verir ki, 61 yaşlı falçı qadın rəssamın qeyri-nikahdan dünyaya gəldiyi qızı olduğunu iddia etdiyi üçün DNA testi keçiriləcək. Əgər testin nəticələri müsbət çıxsa, qadın 300 milyon avro mirasın sahibi olacaq.

Maria Pilar Abel məhkəməyə müraciət edib. Məhkəmə prosesini qazandığı üçün Dalinin qəbri açılacaq. 28 ildən sonra açılacaq məzardan götürüləcək DNA nümunələri tibb mütəxəssisləri tərəfindən incələnəcək.

Abelin vəkili Enrike Blankez bildirib ki, DNA testi aldatmaz. 99 faiz ehtimalı ortaya qoya bilər. Testin nəticəsi isə avqustun sonlarında açıqlana bilər.

Mariya bildirir ki, anası 1950-ci illərdə Salvadorun yaşadığı evin xidmətçisi olub. Qadının Salvadorla dostluğu eşq macərasına çevrilib. Bu izdivacdan isə Mariya dünyaya gəlib. Buna görə də Mariya miras iddiası ilə 2015-ci ildə məhkəməyə müraciət edib.
Diaspora