Estoniyada poçtalyon robotlar işə çıxdı

Estoniyada poçtalyon robotlar işə çıxdı backend

Estoniyanın paytaxtında poçtalyon robotların sınaq istifadəsinə başlanılıb.

Qaziler.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “AS Eesti Post” poçt xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Mercedes-Benz Robovan” furqonunun bazasında çalışan “Starship Technologies” robot kuryerlərinin əsas işi bağlama və göndərişlərin çatdırılmasıdır.

Operator şirkət “Omniva” ticarət nişanı altında çalışır və dünyada ilk belə sınaqlar keçirən poçt təşkilatı olub.

“Omniva” şirkətinin İdarə Heyətinin sədri Yoona Saluveer qeyd edib ki, şirkət layihənin sınaqdan keçirilməsini 8 həftə ərzində həyata keçirəcək. Furqondakı bağlamada 8 kuryer robot fəaliyyət göstərəcək.
Diaspora