Portuqaliyalı tələbələr yeni xilasedici robot təqdim ediblər. Ölçüsü 23-28 santimetr olan robotun çəkisi 1,5 kiloqramdır.
AZƏRTAC Portuqaliyanın robotica2017.isr saytına istinadla xəbər verir ki, xilasedici robot bütün mühüm informasiyanı avtonom rejimdə toplayır, yerləşdiyi ərazinin üçölçülü xəritəsini göndərir, insanları və yanğın ocağını dəqiq müəyyən edir, temperaturun kəmiyyət göstəricilərini – nəmişlik və dəm qazının dərəcələrini ölçür və sonra bu məlumatları xilasedicilərə göndərir.
Hərbçilərin artıq bu cür mexanizmlərdən istifadə etməyinə baxmayaraq, Portuqaliyanın Aveyru Dövlət Universitetində düzəldilmiş bu robot ilk “mülki” köməkçidir.
Tələbələr robotun kommersiya istehsalına başlamaq üçün imkanlar axtarırlar. Hələlik onlar layihənin gələcək inkişafı üçün “HART” adlı şirkət təsis ediblər.