Gil tozundan gülləkeçirməyən şüşə

Gil tozundan gülləkeçirməyən şüşə backend

QAZİLER.AZ saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadla xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri şüşədən möhkəm yeni şəffaf material yaradıb. “Spinel” adlanan materialdan smartfon, noutbuk və kamera obyektivlərinin ekranlarının qoruyucusu kimi istifadə etmək olar. Son on ildə üzərində işin aparıldığı material sintetik gil tozundan hazırlanıb və gülləkeçirməz xüsusiyyətlərə malikdir.

ABŞ hərbi dəniz tədqiqatları laboratoriyasının (NRL) aparıcı tədqiqatçısı Cas Sangerin sözlərinə görə, əslində “Spinel” mineraldır, yəni maqnezium alüminatıdır. Onun üstünlüyü şüşədən qat-qat möhkəm, davamlı və bərk olmasındadır. Bu, aqressiv mühitdə qorumanı daha yaxşı təmin edir. Bu səbəbdən material torpağın və yağış eroziyasının təsirinə davamlıdır.

“Spinel”i praktik olaraq istənilən formaya salmaq olar və adi gülləkeçirməz şüşədən fərqli olaraq işıq şüalarını infraqırmızı diapazondan buraxır. Bu isə o deməkdir ki, yeni material kamera obyektivlərində, məsələn, pilotsuz uçan aparatların kameralarında, eləcə də smartfon ekranlarında və qoruyucu şlem maskalarında istifadəyə yararlıdır.

“Spinel” “3D” çapda geniş istifadə olunan bişirmə üsulu ilə hazırlanıb. Bu üsul kristal hissəciklərin bir-birinə sıx birləşməsini təmin edir.

Yeni materialdan müdafiə sənayesində lazer silahından mühafizə, eləcə də hərbi texnika üçün şəffaf zireh kimi istifadə etmək nəzərdə tutulur. “Spinel” həmçinin kosmik peyklərdə ötürücülərin qorumasını təmin edə bilər.

Texnologiya “Spinel”in lazımi sayda buraxmağa hazır olan istehsalçı üçün lisenziyalaşdırılıb. Hazırda “NRL” texnologiyanı ABŞ-ın digər müdafiə müəssisələri ilə bölüşməyi planlaşdırır, - "Hi-News” yazır.
Diaspora