Yaponlar yenə də təəccübləndirdi: heyrətamiz lüks qatar

Yaponlar yenə də təəccübləndirdi: heyrətamiz lüks qatar backend

Yaponiya həmişə qabaqcıl texnologiyaya malik ölkə olub və elə də qalır.

Yaponlar təəccübləndirməyi bacarırlar! Bu yaxınlarda bu ölkədə lüks qatar istifadəyə verilib. Bu barədə məlumat bütün dünyaya yayılıb və geniş müzakirələrə səbəb olub. Yalnız bu qatarda hamam otaqları ilə təchiz olunmuş iki mərtəbəli kupe görmək mümkündür.

Bu unikal qatarın sərnişinləri üçün nəfis mətbəxi olan restoran da nəzərdə tutulub. Burada incəsənət vurğunları canlı musiqiyə qulaq asa bilərlər. Qatarda həmçinin, istirahət və bar üçün iki geniş otaq var. Bunlar böyük panoramalı pəncərələrlə tamamlanır.

Qatar yalnız 34 sərnişin üçün nəzərdə tutulsa da bu, onun böyük populyarlıq qazanmasına mane ola bilməyib. Biletlərin qiymətinin baha olmasına baxmayaraq yerlər bir il irəlidən tutulub.

Arzu Səlim

Qaziler.az

Diaspora