İlk tibbi yardım göstərən robot yaradılacaq

İlk tibbi yardım göstərən robot yaradılacaq backend

Rusiyanın Tomsk Kardiologiya Elmi Araşdırmalar İnstitutunun Milli Araşdırmalar Tibb Mərkəzi və Tomsk Politexnik İnstitutunun alimləri həkim-robot yaratmağı planlaşdırırlar.

İKT.lent.az-ın Politforums.net saytına istinadən məlumatına görə, tərtibatçıların icadına əsasən, unikal robot hərbi əməliyyat yerlərində və fövqəladə hallarda ilk tibbi yardım göstərə biləcək.

Mütəxəssislər bildirirlər ki, bu, kamera-gözləri və əlləri olan maşın olacaq. Onun “beyni” isə insan olacaq ki, o da kənardan robotu idarə edərək ona əmrlər verəcək

Layihə üzərində işlərə artıq start verilib. Ancaq onun nə zaman yekunlaşacağı hələlik məlum deyil.
Diaspora