İt azərbaycanlının çantasından 1 milyon tapdı

İt azərbaycanlının çantasından 1 milyon tapdı backend

Rusiyanın Yekaterinburq şəhərin “Koltsovo” aeroportunda kuryoz hadisə baş verib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, aeroportda gömrük yoxlamasında Bakıya uçmağa hazırlaşan Azərbaycan vətəndaşının üstündə bəyan edilməmiş 1 milyon rubl ( təxminən 30 min manat) tutulub. Pulu isə maraqlıdır ki, gömrükçülər yox, Mika adlı gömrük iti aşkarlayıb.


Azərbaycan vətəndaşı gömrük yoxlamasından keçmək üzrəykən it dərhal onun baqajına tərəf qaçaraq hürməyə başlayıb. Bu, kinoloqların diqqətini cəlb edib. Təkrara yoxlama zamanı həmyerlimizin çantasından 1 milyon bəyan olunmamış rus rublu aşkarlanıb.
Diaspora