Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev lazımsız dəmir borulardan maraqlı minik vasitəsi hazırlayıb.
Xezerxeber.az-ın məlumatına görə,isifadə edilməyən boruları xüsusi alətlərlə əyib, əvvəlcə velosipedin 8 guşəli təkərlərini hazırlayıb.Daha sonra minik vasitəsinə əlavə dəyişikliklər edərək ramanı düzəldib.
33 yaşlı ustanın 1 ay vaxt sərf edib hazırladığı minik vasitəsi müasirlərdən çox yük götürmə və sürətinə görə seçilir.
Kəlbəcər sakini minik vasitəsinin hərəkət edərkən təkərlərində olan 8 guşənin daha çox diqqət çəkdiyini deyir.
Ruslan Nəbiyev əl işini 1000 manat müqabilində sata biləcəyini də deyir.
O, gələcəkdə fərqli formalı fayton hazırlamağı planlaşdırır.