Onlar dünyaya cüt gəlirlər. Başqa uşaqlardan əsas fərqləri də elə budur. Amma başqa fərqlər də var.
Qaziler.az ailem.az-a istinadən əkizlər haqqında bilmədiyiniz faktları təqdim edir:- Tək yumurta əkizlərinin barmaq izləri fərqlidir.
- 100 əkizdən 22-si isə solaxaydır.
- Dünyada tək yumurta əkizlərinin ən çox doğulduğu ölkə Nigeriyadır. ABŞ-da Massaçusetsdə isə hər yüz doğumun beşində əkiz uşaq dünyaya gəlir.
- Əkiz qadınların əkiz dünyaya gətirmə ehtimalı isə digər qadınlara nisbətən daha yüksəkdir.
- Əkiz hamiləlik təxminən 36 həftə 3 gün çəkir. Hamiləliyin 14-cü həftəsindən etibarən əkizlər bir-birinə toxunmağa başlayır. Onların təxminən yüzdə 70-i təbii doğuş, yüzdə qırx faizi isə qeysər kəsiyi vasitəsilə dünyaya gəlir.
- Statistikaya görə, son 35 ildə dünyada əkiz doğumlarının sayı artıb. Qarşıdakı 40 il ərzində dünyada ümumi əkiz doğumlarının sayının daha da artacağı təxmin edilir. Bunun səbəbi isə süni mayalanma üsulu ilə hamilə qalmanın sayının çoxalmasıdır.
- Əkizlər ana dillərini öyrənənə qədər yalnız özlərinin anladığı bir dil yaradırlar və ana dilini öyrəndikdən sonra bu ortaq dili unudurlar.
- Dünyada hamiləliklərin yüzdə biri əkiz hamiləlikdir. Əkizlərin üçdə biri isə tək yumurta əkizidir.
- Tək yumurta əkizlərini ayırmaq haradasa imkansızdır. Genetik tək yumurta əkizləri ananın yumurtası və atanın spermasının birləşməsi ilə yarandığı halda, cüt yumurta əkizləri ananın iki yumurtası, atanın iki spermasının birləşməsi ilə yaranır.
- Genetik quruluşları fərqli olduğu üçün cüt yumurta əkizlərinin yarısının cinsiyyəti fərqlidir və bir-birlərinə heç bənzəməyə bilirlər.