İnanılmaz hadisə baş verib: Moldovanın paytaxtı Kişinyovda yeni doğulan körpə həyatının elə ilk günündəcə danışıb. Unikal uşağın valideynləri onun adını “Stepan“ qoyublar.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, mama-həkimlərin bildirdiyinə görə, körpə ana bətnini tərk edən kimi gözlərini açaraq bir neçə dəfə aydın şəkildə: “ata“ deyib.“Mən heyrətə gəldim! Körpə doğulan kimi danışdı. Bunu öz qulaqlarımla eşitdim!“- deyə Kişinyov şəhər doğum evinin həkimi “Həyat“ qəzetinə verdiyi müsahibəsində bildirib.
İndi bütün dünya həkimləri və alimləri bu hadisəni araşdırmaq fikrindədirlər.
Yeri gəlmişkən, uşaq anadan olan kimi anası ona atasının tezliklə gələcəyini vəd edib. Bundan sonra Stepan anasına dəqiqləşdirici sual da verib: “Kim? Ata?“
Qaziler.az