Alimlərdən həyəcan TƏBİLİ: “Günəş yavaş-yavaş sönür”

Alimlərdən həyəcan TƏBİLİ: “Günəş yavaş-yavaş sönür” backend

Son illərin müşahidəsi göstərir ki, Günəşin səthindəki aktivlik azalaraq ən aşağı həddə çatıb.


Modern.az xəbər verir ki, bu barədə “MNRAS” elmi jurnalındakı məqalədə yazılıb.

“Günəşin sonuncu maqnit aktivliyi rekord az səviyyədə olub. Bu aktivliyinin get-gedə azalması narahatedici məqamdır” –deyə Birmingem universitetindən İvon Elsvort deyib.

Günəşin aktivlik dövrü maksimum 11 il davam edir. Bu dövr maqnit qasırğaları müşahidə olunur, insanlarda baş ağrı halları artır.

2008-ci ilin yanvarında başlayan sayca 24-cü Günəş aktivliyi dövrü gözləniləndən çox zəif olub. Alimlər maqnit sahələrinin azaldığını və şüalanmanın zəiflədiyini müşahidə edib.
Diaspora