ABŞ-da yaşayan Bennetlər ailəsində kədərli hadisə baş verir.
Nikol və Deonta cütlüyü ikinci övladlarının dünyaya gəlişini gözləyirdilər. Onların artıq dörd yaşında oğulları var idi və Deonta onunla birlikdə həyat yoldaşına sürpriz hazırlamaq fikrində idi. Ər ikinci körpənin dünyaya gəlişinə qədər ailəvi fotosessiya edəcəkdi. Lakin onun düşündüyü bu fikir həyata keçmədi. Belə ki, Deonta ikinci körpənin dünyaya gəlişinə iki ay qalmış faciəvi şəkildə həyatını itirir.Nikol bu ağır itkiylə barışa bilmirdi. Lakin anlayırdı ki, uşaqlarının xatirinə yaşamalıdır. Ərinin xatirəsini əbədiləşdirmək üçün onun fotosessiya arzusunu həyata keçirmək qərarına gəlir.
Qadın bununçün fotoqraf tutur. Fotoqraf Deontanın ona evlənmək təklif etdiyi pakda hamilə Nikolun və oğlunun son dərəcə gözəl şəkillərini çəkir. Müasir texnologiya ailənin atasının da şəkillərdə iştirakına imkan yaradırdı. İş görülüb qurtardıqdan sonra fotoqraf Sidni belə göz yaşlarını saxlaya bilməyərək hönkürmüşdü. Hər bir şəkildə Deonta sanki öz dünyasından əzizlərini seyr edir və çətin anlarında onları himayə edirdi.
Dul qadın etiraf edir ki, övladlarının öz atalarını xatırlaması və heç olmasa fotoşəkillərdə bir yerdə olmaları üçün daha yaxşı işlər görmək istəyərdi. Bu, xüsusilə hələ dünyaya gəlməmiş, atasına görmək nəsib olmayan körpə Nikol üçün daha vacibdir...
Arzu Səlim