Dünyada pasportlar niyə yalnız 4 rəngdədir? - SƏBƏB

Dünyada pasportlar niyə yalnız 4 rəngdədir? - SƏBƏB backend

Sən demə, dünyada pasportlar yalnız dörd əsas rəngdə olur. Hər bir dövlətin bu sənədin üz qabığının rənginə görə seçimi üçün öz səbəbləri var.

Qırmızı



Ən çox yayılmış rəngdir. Üz qabığı bu rəngdə olan pasportu keçmişi və indisi kommuniszmlə bağlı olan ölkələr seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa, Gürcüstan vətəndaşları qırmızı dərili pasportlara malikdir. Avropa İttifaqı ölkələri, Xorvatiyadan başqa, həmçinin tünd qırmızı və qırmızının müxtəlif çalarları olan pasportlardan istifadə edirlər. Aİ-ə daxil olmaqda maraqlı olan ölkələr, məsələn, Türkiyə, Makedoniya və Albaniya bir neçə il əvvəl pasportlarını qırmızı rənglə əvəz ediblər.

Göy



Ən çox yayılmış növbəti rəng. Göy rəng "yeni dünya"nı simvolizə edir. 15 Karib ölkəsi vətəndaşlarının pasportları göy rəngdədir. Cənubi Amerika blok ölkələrinin pasportlarının göy rəngdə olması onların ticarət ittifaqı - Merkosurla əlaqələrini simvolizə edir. Bunlar Braziliya, Argentina, Paraqvaydır. Venesuelanın bu ittifaqa daxil olmasına baxmayaraq bu ölkə vətəndaşları qırmızı pasport daşıyırlar. ABŞ vətəndaşlarının pasportu isə yalnız 1976-cı ildən göy rəngdədir.

Yaşıl



Müsəlman ölkələrinin əksəriyyətində pasport yaşıl rəngdədir. Məsələn, Marokko, Səudiyyə Ərəbistanı, Pakistan. Yaşıl rəng Məhəmməd peyğəmbərin sevdiyi rəng olub və təbiətin simvolu sayılır. Qərbi Afrika ölkələri, məsələn, Burkina Faso, Nigeriya, Niger, Fildişi sahili və Seneqal vətəndaşlarının pasportları yaşılın müxtəlif çalarlarındadır.

Qara



Ən nadir pasportlar üz qabığı qara rəngdə olanlardır. Bir neçə Afrika ölkələri vətəndaşlarında - Zambiya, Burundi, Qabon, Anqola, Çad, Konqo, Malavi və digərlərində pasport bu rəngdədir. Həmçinin, yenizelandiyalıların pasportu qara rənglidir. Çünki qara rəng Yeni Zelandiyanın milli rəngidir.



Arzu Səlim
Qaziler.az
Diaspora