Keçmiş milyonçu 20 ildir kimsəsiz adada tək yaşayır - ÇOX XOŞBƏXTDİR

Keçmiş milyonçu 20 ildir kimsəsiz adada tək yaşayır - ÇOX XOŞBƏXTDİR backend

Avstraliyalı keçmiş milyonçu Devid Qleşin artıq 20 ildir ki, əsl Robinzon kimi kimsəsiz adada yaşayır.

Bu şəxs vaxtilə çox varlı olsa da 1987-ci ildə maliyyə böhranı zamanı müflis olub.

O, daşınmaz əmlak bazarında çalışıb və onun var-dövləti 28,4 milyon dollar həcmində olub.

Maliyyə böhranı zamanı o, hər şeyini itirib. Həmin vaxt Devidin arvadı da onu tərk edib. Bir dəfə o, bir qızla tanış olur və qız ona sivilizasiyadan uzaqlaşmağı təklif edir.

Qleşin yeni sevgilisi ilə kimsəsiz adada yaşamağa yollanır. Lakin qız uzun sürən tənhalığa davam gətirmir və Devidi tərk edir. Keçmiş milyonçu isə adada qalır. O, öz adasında artıq iki onillikdir ki, yaşayır və oranı tərk etmək niyyəti yoxdur. İndi onun 73 yaşı var və çox xoşbəxtdir.

"Mən burada ölmək istəyirəm. Bura mənim dünyadakı cənnətimdir",- deyə bildirir.

Burada yalnız Devidin iti ona yoldaşlıq edir. Hərdən bura turistlər də gəlir. Bir dəfə məşhur Avtsralya və Amerika aktyoru Rassel Krou da bu adada onunla görüşüb.

Arzu Səlim
Qaziler.az



Diaspora