“Lenovo” qeyri-standart noutbuk buraxmaq istəyir

“Lenovo” qeyri-standart noutbuk buraxmaq istəyir backend

Çinin Lenovo” şirkəti əyilən ekrana malik noutbuk konsepsiyasını nümayiş etdirib. İKT.lent.az-ın xəbərinə görə, təqdimat Nyu Yorkda keçirilən “Lenovo Transform” tədbirində baş tutub.


Şirkətdən bildiriblər ki, söhbət hələlik ənənəvi qatlanma mexanizmi olmayan, əyilmiş displeyə malik və standart klaviaturalı leptop ideyasından gedir. Cihaz yeni texnologiyadan istifadə edilməklə yeni materiallardan hazırlanacaq. Noutbuk səs komandalarını və əlyazmanı dəstəkləyəcək. Başqa xüsusiyyətlər haqda məlumat verilməyib.

Qeyd edək ki, indiyə qədər bir çox şirkət əyilmiş displeyə malik prototip nümayiş etdirsə də, hələlik bu ideyalar reallaşmayıb. 2016-cı ilin iyununda “Lenovo” 2 ədəd OLED-ekranlı əyilən smartfon prototipi təqdim edib, lakin yeni məhsulun 5 il ərzində bazara çıxarılması planlaşdırılır.
Diaspora