QAZİLER.AZ Bloknot.ru-ya istinadla xəbər verir ki, görünən izlər 3 futbol meydançası enliyindədir. Arxeoloqlar bu tarixi tapıntını Britaniya Kolumbiyası əyalətinin şimal-şərqində Uilston gölü yaxınlığında, Vankuverin 1500 km şimal-şərqində aşkar ediblər. Alimlər dinozavrların təxminən 115-117 milyon il əvvəl buraxıldığı ehtimal edilən yüzlərlə izlərini tapıblar.
Görünür, bu təkcə Kanadada deyil, həm də dünyada buraxılmış ən böyük izlərin yerləşdiyi yerdir.Ona görə də bura alimlərin və turistlərin cəlb edilməsi üçün böyük imkan yaradır,-deyə bu barədə Canadian Press –ə paleontoloq Riça Makkri bildirib.
Arxeoloqlar axtarış zonasını genişləndirmək qərarındadırlar. Torpağın yuxarı qatlarında milyon il əvvəl ölmüş minlərlə canlının izləri aşkar ediləcək.
Paleontoloqlar bildirirlər ki, bu tapıntı turistlərin bura axınına səbəb olacaq.
Misal kimi, Makkri 7 milyon insanın hər il ziyarət etdiyi Çindəki Ziqonq dinozavrlar muzeyini nümunə gətirdib.