Bəzi filosoflar hesab edir ki, təsadüf - dərk edilməmiş qanunauyğunluqdur.
Tarixdə elə hadisələr olur ki, bəzən ayrı-ayrı şəxslərin düşünülməmiş və tələsik qəbul etdikləri qərarlar bütöv xalqlar üçün bədbəxtliyə çevrilir. Təsadüflər necə tarixin gedişatını dəyişir?Avstriya hersoqu Frans Ferdinandın öldürülməsi
Hersoq Frans Ferdinandın ölümündən qabaq çəkilmiş son fotosu
Avstriya hersoqu Frans Ferdinandın öldürülməsi Birinci Dünya Müharibəsinin başlanması üçün formal bəhanə oldu. 28 iyun 1914-cü ildə "Mlada Bosna" serb radikal təşkilatının üzvləri Sarayevada ona qarşı sui-qəsd təşkil etdilər. Onlar hersoqun kortejinə qranat atırlar. Frans Ferdinandın yanındakılar həlak olsalar da o özü xəsarət almır. Hersoq öz iqamətgahına dönməli idi və buna görə də o, yoluna davam edir.
Birinci dünya müharibəsinin başlanmasına bəhanə olan Frans Ferdinandın öldürülməsi
Sui-qəsdçilərdən biri tələbə Qavrilo Printsip olub. Baş tutmayan sui-qəsddən sonra o, yemək üçün yerli kafelərdən birinə girir. Tələbə oradan çıxanda gözlərinə inamır: hersoqun maşını lap yaxınlıqda idi (sürücü yolu səhv salmışdı). Qavrilo Frans Ferdinandı və arvadını güllə ilə öldürərək işi başa çatdırır.
Adolf Hitlerin bağışlanması
Britaniyalı serjant Henri Tendi və alman fürer Adolf Hitler
Birinci Dünya Müharibəsi zamanı - 28 sentyabr 1918-ci ildə britaniyalı serjant Henri Tendi fransız kəndi yaxınlığındakı döyüşdə iştirak edirdi. O, yaralı bir alman əsgərini öldürmək üçün artıq nişan almışdı. Lakin son anda o, silahını endirir və düşməni bağışlayır. Əsgər minnətdarlıq əlaməti olaraq serjanta baş əyir və yavaş-yavaş sığınacağına doğru gedir.
İtaliyalı rəssam Fortinio Matanianın rəsmi
1923-cü ildə italiyalı rəssam Fortinio Matania Henri Tendinin rəsmini çəkir və 15 il sonra bu rəsm əsəri Adolf Hitlerin kabinetindən asılır. 1938-ci ildə britaniyalı baş nazir Nevill Çemberlen fürerlə görüşəndə o, niyə məhz bu şəklin onun kabinetində asıldığını soruşur. Adolf Hitler cavab verir: "Bu adam mən yaralıykən güllələməyərək bağışladı. Britaniyaya qayıdarkən mənim minnətdarlığımı ona çatdırın". Sən demə, Henri Tendi o zaman sonradan 60 milyon insanın ölümündə günahkar olacaq adamı öldürməyib...
Berlin divarlarının yıxılması
Berlin divarının yıxılması, 1989-cu il
1989-cu ildə Şərqi Almaniyada iqtisadi kollaps yaranmışdı. Uzun sürən yenidənqurma ölkədə vəziyyəti yaxşılaşdırmadı. Almaniya Demokratik Respublikası hökuməti başa düşürdü ki, necə olursa-olsun vəziyyət dəyişilməlidir. 6 noyabrda ADR vətəndaşlarının Almaniya Federativ Respublikasında azad şəkildə yerləşməsinə şərait yaradılması ilə bağlı qanun layihəsi çap edildi.
Almaniya sakinləri Berlin divarını dağıdırlar
9 noyabr 1989-cu ildə dövlətlərin yeni buraxılış sisteminin şərtlərinin müəyyənləşdirilməsi ilə əlaqədar mətbuat konfransı keçirildi. Siyasi büronun üzvü Günter Şabovski jurnalistlərə "kağızlarla bağlı" məlumat verməli idi. İtaliyalı reportyorun sadələşdirilmiş qaydaların nə vaxt qüvvəyə minəcəyi ilə bağlı sualına Şabovski məsələni araşdırmadan sənəddən "dərhal" yazısını oxuyur (ab sofort). Əslində bu “dəqiqləşdirmə“ əhaliyə deyil, müvafiq orqanlara ünvanlanmışdı. Bundan cəmi bir neçə saat sonra artıq bütün dünya Berlin divarlarının uçurulduğunu öyrənir...
Arzu Səlim