“Like”a görə cərimələndi - 4 min $

“Like”a görə cərimələndi - 4 min $ backend

İsveçrə vətəndaşı “Facebook” sosial şəbəkəsindəki “like”a görə cəzalandırılıb. İKT.lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Sürix məhkəməsi ittiham olunan 45 yaşlı şəxsin 4 min frank (4100 dollar) məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

İttiham olunan şəxs 2015-ci ildə heyvanların müdafiəsi assosiasiyasının rəhbəri Ervin Kesslerin irqçilik və antisemitizmdə ittiham olunduğu şərhləri bəyənib. Kessler isə nəinki status və şərhlərin müəlliflərini, eyni zamanda “like”ların müəlliflərini də məhkəməyə verib. Onun fikrincə, “like”lar həmin şərhlərin daha çox yayılmasına səbəb olub.

Hakim də qeyd edib ki, “like” yazılanların dəstəklənməsi deməkdir və cavabdeh şəxs bununla nümayiş etdirib ki, o, təhqiramiz şərhlərlə razıdır.

Qeyd edib ki, bu, İsveçrədə sosial şəbəkədəki "like”a görə verilən ilk cəzadır.
Diaspora