Alimlər keçəlləşmənin səbəbini tapdılar

Alimlər keçəlləşmənin səbəbini tapdılar backend

ABŞ-dan olan elm adamları siçanlar üzərində apardıqları təcrübə nəticəsində keçəlliyi aradan qaldıra biləcək məlumatlar əldə ediblər.

Qaziler.az bildirir ki, ABŞ-dan olan elm adamları immunitet sistemində "treg hüceyrələrinin rolunu" araşdırdıqları bir təcrübə əsnasında gözləmədikləri halda keçəlləşmənin səbəbini tapıblar.

Siçanlar üzərində apardıqları təcrübə zamanı tənzimləyici T hüceyrələrini (treg) siçanlardan müvəqqəti olaraq çıxarmağı bacaran elm insanları iş əsnasında heç gözləmədikləri bir nəticə ilə qarşılaşıblar.

TREG hüceyrələri ilə keçəllik ARASINDAKI ƏLAQƏ

"Treg hüceyrələri"nin alınan siçanların tüklərinin təkrar uzanmadığını görən araşdırmaçılar, treg hüceyrələri ilə keçəllik arasındakı əlaqəni araşdırıblar. Bir müddət sonra siçanların dərisindəki treg hüceyrələrinin ət köklərinin ətrafında toplandığını görən araşdırmaçılar treg hüceyrələrinin saçın uzanmasındaki əsas rolunu kəşf ediblər.

Keçəlliyi aradan qaldırmaq mümükündür

Saçın uzanmasının bu günə qədər yalnız "stem hüceyrələri" ilə əlaqəli olduğunu bildirən araşdırmaçı Mixael Rosenblumun fikrincə, bu yeni məlumat, keçəlliyin aradan qaldırılması yönündə aparılan işlərdə köklü dəyişikliklərə gətirib çıxara bilər.
Diaspora