Həyatınızı dəyişməyə kömək edəcək 10 dəyərli məsləhət

Həyatınızı dəyişməyə kömək edəcək 10 dəyərli məsləhət backend

Bəzən insan elə çıxılmaz vəziyyətə düşür ki, məsləhətə ehtiyacı olur. Belə məsləhət hətta həyatı da dəyişə bilir. Qaziler.az xarici mətbuata istinadən illərin sınağından keçib gəlmiş, insanın həyatını yüngülləşdirəcək fikirləri təqdim edir:

1. İnsanlarla bir müddət əlaqə saxlamamağı yoxlayın. Onda məlum olacaq ki, siz onlara həqiqətən lazımsız, ya yox.

2. Əgər eyni zamanda iki nəfəri sevirsənsə ikincini seç. Çünki sən birincini həqiqətən sevsəydin ikinciyə aşiq olmazdın.

3.Başqalarının sənin haqqında nə düşündüyü səni narahat etməməlidir. Bu, yaşamağa mane olur.

4.Unutmamalısınız ki, tez-tez hər şeyi bağışlayan və uzun zaman dözüm nümayiş etdirən insanlar adətən gözlənilmədən və həmişəlik gedirlər. Həyatınızda belə insanlar varsa qədrini bilin və onları incitməyin.

5. Dostların olmaması fəlakət deyil, bədbəxtlik onların saxta və satqın olmasıdır.

6. Öz planların haqqında az danış.

7. Xəyanəti heç zaman bağışlamayın. İstənilən xəyanət daha yaxşının axtarışına çıxmaq deməkdir Kim ki, daha yaxşı axtarır o, əlində olanı qiymətləndirməyəcək.

8. İnsan 80% sudan ibarətdir. Əgər insanın həyatda arzuları və məqsədləri yoxdursa o, olsa-olsa yalnız şaquli gölməçədir.

9. Sizin yanınızda olmaq istəyən insanları geri çevirməyin. Ola bilsin ki, onlar sizin həyatınızın ən çətin anlarında yanınızda olacaq yeganə insan olacaq.

10. İnsanlara ürəyiniz istəyən kimi münasibət göstərin. Çünki onlar sizə siz göstərdiyiniz ləyaqətli münasibəti göstərməyəcək!
Diaspora