Ölmüş şəxslərin şəkillərini divardan asmayın - SƏBƏB

Ölmüş şəxslərin şəkillərini divardan asmayın - SƏBƏB backend

Ölən qohumların və yaxın adamların şəkilləri çox zaman qorunub saxlanılır. Bunda pis heç nə yoxdur. Lakin bəzi qaydalara riayət edilməlidir.

Bu şəkillərin təhlükəsi nədədir?

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, sizin bunu istəyib-istəməməyinizdən asılı olmayaraq ölmüş şəxsin şəkli ölülər aləmi ilə bağlıdır. Əgər insan vəfat edibsə və onun şəkilləri qalırsa ölülər dünyası dirilər aləmi ilə əlaqədə qalmış olur.

Ona görə də bu iki qaydaya riayət etmək lazımdır:

1. Mərhum qohumların fotoşəkillərini divardan asmaq, çərçivəyə salıb stolun üstünə qoymaq və ümumiyyətlə, açıq saxlamaq olmaz. Hesab edilir ki, bu fotoşəkillərə tez-tez müraciət etmək sağ insanın enerjisini alır.

Əgər belə fotoşəkillər yalnız albomda olarsa və siz hərdən ona baxırsınızsa bu zaman ancaq nostalji hisslər yaşayırsınız ki, bu da qorxulu deyil. Ancaq onlar bütün günü göz qabağında olarsa bu, ümumi sağlamlığa və emosional qeyri-stabilliyə gətirib çıxarar.

2.Mərhumların şəklini sağ insanların şəklindən ayrı saxlamaq lazımdır.

Əgər sizin onlarla ümumi şəkliniz varsa o fotoşəkilləri mərhumların şəklləri olan albomda saxlayın. Bəziləri hətta belə şəkilləri kəsməyi tövsiyə edir.

Bir də deyirlər ki, belə şəkilləri qara albomda və ya qara zərfdə saxlamaq daha məqsədəuyğundur.

Diaspora