Evinizdə elə əşya ola bilər ki, sizin onun varlığından xəbəriniz olmaya bilər. Heyfsilənməyə tələsməyin. Demək, hələ vaxtı gəlib çatmayıb. Məsələn, bu hekayənin qəhrəmanı kimi. İllər sonra gəlib çatan məktub onun həyatını tamamilə dəyişdi...
Toni Trapaninin indi 81 yaşı var.Onun arvadı öləndən sonra ər köhnə əşyalara baxmaq üçün kamodu açıb. O buradan bir məktub tapıb. Məktub 1959-cu ildə onun keçmiş sevgilisindən gəlibmiş. Arvadı bu məktubu illərlə öz kamodunda gizlədibmiş. Artıq o, ünvanına çatır.
Məktubda yazılırdı: “Mənim oğlum olub. İndi onun 5 yaşı var. Toni, mən istəyirəm sən biləsən ki, o sənin oğlundur. O, 13 noyabr 1953-cü ildə doğulub”.
Onun həyat yoldaşı ərinin həqiqəti bilməyini istəmirdi. Çünki Allah bu cütlüyə övlad verməmişdi.
Toni düşünmədən oğlunun dalınca gedir. Onun oğlunun artıq 61 yaşı var. Onun adı Samuel Çayldersdir. Bütün bu illər ərzində o, atasına lazım olmadığını düşünüb.
Nəhayət, sirr açılandan sonra onlar bir-birini tapdılar. Ata-oğul onların uzun ayrılıqlarına, bədbəxtliklərinə bais olan günahkarları da artıq bağışlayıblar.
Bir sözlə, ata olmaq heç zaman gec deyil...
Qaziler.az