Türkiyə superliqasının son turunda “Beşiktaş”ın səfərdə “Bursaspor”la qarşılaşdığı oyunda protokol tribunasında azərbaycanlı iş adamı Mübariz Mənsimov da yer alıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlı milyonçu İstanbul klubunun prezidenti Fikrət Ormanla birgə qarşılaşmanı izləyib. Oyunun ilk hissəsində rəqibin müqavimətini qıra bilməyən “Beşiktaş” tərəfdarları xeyli həyəcanlanıb və hətta protokol tribunasındakı şəxslər də matçı ayaq üstə izləməyə başlayıb. Bu isə qarşı tərəfin etirazına səbəb olub. Nəticədə tərəflər arasında insident yaranıb.Bildirilir ki, M.Mənsimov “Bursaspor” nümayəndələrinin ünvanına təhqiramiz ifadələr işlədib. Buna görə də dava-dalaş düşüb. Hətta onun ağır sərxoş vəziyyətdə olduğu iddia edilib.
Türkiyə mətbuatı dava-dalaş zamanı “Beşiktaş” prezidenti Fikrət Ormanın şalvarını islatdığını da qeyd edib və bəzi fotoları yayıb.