Zimbabvedə timsahlar şagirdlərinə təlim keçən keşişi yeyiblər.
Lent.az-ın “Daily Mail”-ə istinadən məlumatına görə, Conatan Mtxetxva adlı keşişi şagirdlərinə Bibliyanın möcüzələrini sübut etmək istəyib. O, şagirdlərinə İsa peyğəmbər kimi suyun üzərində gəzəcəyini deyərək çaya girib. Bu an çayda olan 3 timsah keşişə hücum ediblər. Ətrafdakılar köməyə gələnəcən, timsahlar onu parçalayaraq yeyiblər.